İtkin kimi axtarılan 10 nəfər tapılıb

  • Müəllif: Firuzə
  • 02 Fevral 2026 10:24

İki gündə itkin kimi axtarılan 10 nəfər tapılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Yanvarın 31-də və fevralın 1-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info