İvanişvili koronavirusa yoluxub

Hakim “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri sədri, milyarder Bidzina İvanişvili koronavirusa yoluxub.

Gununsesi.info  “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, iki həftə öncə COVID-19-a yoluxan siyasətçi müalicə olunur.

“Hazırda Bidzina İvanişvilinin səhhəti qənaətbəxşdir”, – partiyanın açıqlamasında deyilir.