Japarov Azərbaycana gəlir

  • By admin
  • 18 Aprel 2022 13:31

Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 19-20-də Azərbaycana rəsmi səfər edəcək.

Gununsesi.info xəbər verir ki, S.Japarov səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə ikitərəfli görüş keçirəcək.

Bundan başqa, Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə görüşlər planlaşdırılır. Bu görüşlər zamanı Qırğızıstan və ticarət-investsiya sahəsində əməkdaşlıq perspektivləri barədə məlumatlar təqdim olunacaq.

Səfər Qırğızıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi, eləcə də ölkələr arasında Dostluq və əməkdaşlıq müqaviləsinin imzalanmasının 25 illiyi ərəfəsində baş tutacaq.

Səfər çərçivəsində bir sıra sənədlərin, xüsusilə Strateji tərəfdaşlıq barədə bəyannamə, Dövlətlərarası şuranın yaradılması barədə memorandum, eləcə də hər iki ölkənin maraovqlarına cavab verən hökumətlərarası və qurumlararası sazişlərin imzalanması planlaşdırılır.

Gununsesi.info