Səttar Mehbalıyev yola salınır -ÖZƏL

  • By admin
  • 18 Aprel 2022 13:19

Yaxın günlərdə Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) qurultayı keçiriləcək.

Bu barədə Gununsesi.info-ya adıçəkilən qurumdan bildirilib.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, əslində ötən ay keçirilməsi nəzərdə tutulan qurultay ertələnib. Buna səbəb isə qurultayda Səttar Mehbalıyevin bir daha seçilməməsi barədə qərardır. Yeni namizəd müəyyənləşmədiyindən qurultay təxirə salınmışdı.

Məlumata görə, artıq Səttar Mehbalıyevi əvəz edəcək şəxsin kimliyi bəlli olduğundan qurultay yaxın zamanlarda baş tutacaq.

Gununsesi.info