KTMT-nin Birgə Qərargahının əməliyyat qrupu Qazaxıstana ezam olunub

  • By admin
  • 09 Yanvar 2022 18:24

KTMT-nin Böhran Vəziyyətlərinə Nəzarət Mərkəzi gecə-gündüz iş rejiminə keçirilib, Təşkilatın Birgə Qərargahının əməliyyat qrupu Qazaxıstana ezam olunub.

Gununsesi.info bildirir ki, bu barədə KTMT-nin Birgə Qərargahında jurnalistlərə məlumat verilib.

 

Məlumatda qeyd edilir ki, qrupa KTMT-nin Birləşmiş Qərargah rəisinin müavini rəhbərlik edir.

Qərargahdan bildiriblər ki, KTMT-nin Böhran Vəziyyətlərinə Cavab Mərkəzinin gecə-gündüz işi qurulub, təşkilata üzv ölkələrin müdafiə idarələri ilə videokonfrans əlaqəsi yaradılıb.

 

Gununsesi.info