Kür çayı qalxdı — Körpü suyun altında qaldı

Kür çayında suyun səviyyəsinin yüksəlməsi nəticəsində Sabirabadda Ulacalı və Qruzma kəndlərini birləşdirən ponton körpü artıq su altında qalıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Report-a Sabirabad rayon fövqəladə hallar komissiyasının sədri Həsən Həsənov məlumat verib.

O bildirib ki, nəticədə kəndlər arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq məhdudlaşıb.

Qeyd olunub ki, çayda suyun artmasına səbəb son günlər intensiv yağan yağışların nəticəsidir.

 

Gununsesi.info