Kürdəmirdə zəli ovlayan şəxslərə hökm oxundu

  • By Günel
  • 01 Avqust 2025 21:38

Kürdəmir rayonunda 36 ədəd zəlini ovlayanlara hökm oxunub.

Gununsesi.info xəbər verir ki, həmin şəxslər Kürdəmir rayonu, Prili kəndi ərazisində Çala deyilən ərazidə və Qarasaqqal kəndində saxlanılıblar.

Saxlanılan rayon sakinləri 1966-cı il S.B., 1981-ci ild E.D., 1984-cü il F.G. barələrində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə ayrı-ayrılıqda baxılıb.

Məlum olub ki, saxlanılanların hər biri qadağan olunmuş ərazidən 12 ədəd zəli tutublar.

Məhkəmənin hökmü ilə saxlanılanların hər biri İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1000 manat cərimə olunublar. Ümumilikdə 36 zəliyə görə 3000 min manat cərimə kəsilib.

Gununsesi.info