Laçın yolundakı aksiyaların 22-ci günü

  • By admin
  • 02 Yanvar 2023 10:35

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası coşqu ilə davam edir.

Gununsesi.info xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı şüarlar səsləndirirlər.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edən aksiya artıq 22-ci gündür davam edir.

Gununsesi.info