Lavrovun qızı və kürəkəninin Gürcüstana səfərinə etirazlar davam edir - SANKSİYAYA DÜŞƏN RUSLAR ÖLKƏYƏ BURAXILMAMASIN!

  • By admin
  • 26 May 2023 11:06
Gürcüstanın ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat (VMH) Gürcüstan hakimiyyətini sanksiyaya məruz qalan Rusiya vətəndaşlarının Gürcüstana girişini qadağan edən qanun qəbul etməyə çağırıb.
Gununsesi.info-nun gürcü mediasına istinadən verdiyi xəbərə görə, Vahid Milli Hərəkat öz bəyanatında bildirib ki, partiya təmsilçiləri parlamentə müvafiq qanun layihəsi təqdim edib, lakin hakim “Gürcü arzusu” partiyası onu rəfə qaldırıb.
Qeyd edək ki, müxalifətin bu addımı adları sanksiya tətbiq edilənlər siyahsında olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qızı və kürəkəninin Gürcüstana səfərindən sonraya təsadüf edir.
Bundan başqa, bu günlərdə Gürcüstan və Rusiya arasında birbaşa hava nəqliyyatı bərpa olunub və bu, Qərb siyasətçiləri və yerli müxalifət fəallarının etirazına səbəb olub.
Yerli media yazıb ki, ötən şənbə günü Yekaterina Vinokurova (Lavrova) əri ilə Gürcüstana, qohumlarının toyuna gəlib.
Gürcüstan müxalifəti və fəalları Kaxeti vilayətində toy mərasiminin keçirildiyi otelin qarşısında etiraz aksiyası keçiriblər.
Gürcüstan polisi həm birbaşa uçuşlara, həm də Lavrovun qohumlarının gəlməsinə etiraz aksiyalarına müdaxilə edib, saxlanılanlar olub.
Tərcümə:
Mais