Mərkəzi Bankdan iki mühüm qanun təşəbbüsü: - Lombardları nə gözləyir?

  • By Admin2
  • 05 Fevral 2026 17:43

Azərbaycan Mərkəzi Bankı “Lombardlar haqqında” qanunun yeni layihəsini hazırlayıb.

Gununsesi.info xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Bu qanunun qəbulu hədəfimizdir və AMB bu sahədə daha çox istehlakçıların hüquqlarının müdafiəsinə fokuslanacaq”, – deyə o qeyd edib.

Bundan başqa, T.Kazımov lizinq haqqında yeni qanunun qəbul olunacağını da xatırladıb:

“Həmin qanunun layihəsi də hazırdır, müvafiq dövlət qurumlarının rəyi alınır, düşünürəm ki, sənəd bu il qəbul olunacaq”.

Gununsesi.info