Madurodan Ərdoğan mesajı: “Əlaqələrimizi gücləndirən zəfərdir”

  • By admin
  • 31 May 2023 10:53

Venesuelanın Prezidenti Nikolas Maduro Türkiyədəki Prezident seçkiləri  ilə bağlı açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Prezident Maduro Rəcəb Tayyib Ərdoğanı yenidən həmin vəzifəyə seçilməsi münasibəti ilə təbrik edib.

Özünün sosial media hesabından etdiyi paylaşımda bunları yazıb:

“Qardaşım Ərdoğan ilə telefon danışığı etdim. Türkiyənin yenidən Prezidenti seçilməsi səbəbindən, Venesuela xalqı adına ona təbriklərimi çatdırdım. Əlaqələrimizi gücləndirən zəfərdir”, – deyə Maduro söyləyib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info