Əvəz Zeynallının II Fəxri Xiyabanda dəfn olunması ilə bağlı müraciət edilib

  • Müəllif: Orxan
  • 28 Sentyabr 2026 14:09

Xəbər verdiyimiz kimi, jurnalist Əvəz Zeynallı bu gtün dünyasını dəyişib.

Gununsesi.info-nun xəbərinə görə, Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı onun II Fəxri Xiyabanda dəfn olunması ilə bağlı müraciət edib.

“Əvəz Zeynallının II Fəxri Xiyabanda dəfn olunması ilə bağlı müraciət edirik və cavab gözləyirik”, – deyə Məlahət Zeynallı qeyd edib.

Hazırda müraciətə cavab verilməsi gözlənilir.

Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Elmar

Gununsesi.info