Mexikoda Zəfər Günü aksiyası

  • By admin
  • 09 Noyabr 2021 14:16

Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş məlumatlandırıcı aksiya təşkil edilib.

Gununsesi.info xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Meksikada yaşayan diaspor fəalı Sevda Verdiyevanın təşəbbüsü ilə yerləşdirilmiş reklam lövhəsinin üzərində üçrəngli dövlət bayrağının, Şuşa şəhərinin, Qarabağın tarixi abidələrinin təsviri və ispan dilində “Zəfərin mübarək, Azərbaycan!” şüarı əks olunub.

 

Qeyd edək ki, reklam lövhəsində üçrəngli dövlət bayrağının təsviri fonunda olan məlumatın bir ay müddətində yerləşdirilməsi nəzərdə tutulur.

Gununsesi.info