Zahid Oruc Zəfər Gününü seçiciləri ilə qeyd edib  - FOTO

  • By admin
  • 09 Noyabr 2021 13:59

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Zəfər Gününü Bərdədə öz seçiciləriylə qeyd edib.

Gununsesi.info xəbər verir ki, bu münasibətlə Bərdə rayonunda keçirilən tədbirlərdə iştirak edən, deputat rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşüb.
O tədbir çərçivəsində çıxış edərək bildirib ki, Zəfər günü Ali Baş Komandanın rəhbərliyi ilə xalqın və ordunun birlikdə əldə etdiyi müasir dövrün ən böyük və yeganə müharibəsidir.
O şəhidlərin xatirəsinin böyük ehtiramla yad edildiyini bildirərək deyib ki, Vətən Müharibəsində Bərdə Qarabağın ön cəbhələrindən biri kimi son 30 ilin tarixindən əzəmətli duruşu ilə adını möhtəşəm salnaməyə yazdırıb.

Günay
Gununsesi.info