Mişanın tərəfdarlarının çadırları söküldü: SAXLANILANLAR VAR

  • By admin
  • 07 May 2022 19:11

Vahid Milli Hərəkat Partiyasının Acarıstan Hökumət Evi yaxınlığında qurduqları çadırlar, gecə saatlarında polis tərəfindən sökülüb.

Gununsesi.info  xəbər verir ki, çadırların sökülməsi polis və partiya tərəftarları arasında qarşıdurmaya səbəb olub.

Məlumata əsasən, qarşıdurma zamanı 22 etirazçı saxlanılıb. Hazırda Acarıstan Hökumət Evi yaxınlığına çox sayda Hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub.

Qeyd edək ki, dünən eks-prezident Mixail Saakaşvilinin müalicə üçün xaricə köcürülməsi tələbi ilə Batumidə etiraz aksiyası keçirilib. Etirazçılar tələblərinin yerinə yetirilməsi üçün Acarıstan Hökumət Evi yaxınlığında çadırlar qurmuşdular.

Gununsesi.info