Misir Amerikadan döyüş helikopterləri alacaq

  • By admin
  • 05 Yanvar 2023 22:04

Misir hökuməti Amerikadan döyüş helikopterlərinin alınacağına qərar verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, iki ölkə arasında əldə edilən anlaşmaya görə, 426 milyon dollar qarşılığında Amerika Misirə 12 ədəd “CH-47F Chinook” döyüş helikopterləri satacaq.

Abdülfəttah Sisi hökuməti ordunu gücləndirmək üçün belə bir addım atmağa qərar verib.

Rəsmi Qahirə Misir Hava Qüvvələrini yeniləmək üçün yeni növ hərbi avadanlıqların və texnikanın alınması ilə bağlı addımlarını genişləndirir.

Xatırladaq ki, Amerikanın bölgədəki ən önəmli müttəfiqlərindən olan Misir Vaşinqtondan illik 1.3 milyard dollarlıq əsgəri yardım alır.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info