MN erməni təxribatları barədə brifinq keçirdi

  • By admin
  • 16 Noyabr 2021 17:30

Noyabrın 16-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycanda akkreditə olunan xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq təşkil olunub.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Brifinq iştirakçılarına dövlət sərhədində Ermənistan tərəfinin törətdiyi təxribatlar və hazırda mövcud vəziyyət barədə ətraflı məlumat verilib.

Gununsesi.info