Azərbaycanda koronavirusa yoluxanların sayı KƏSKİN ARTDI: onlarla ölən var

  • By admin
  • 16 Noyabr 2021 17:34

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 015 yeni yoluxma faktı qeydə alınıb, 2 178 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 563 940 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 525 838 nəfər müalicə olunaraq sağalıb, 7 502 nəfər vəfat edib, aktiv xəstə sayı 30 600 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 035, ötən müddət ərzində isə ümumilikdə 5 380 154 test aparılıb.

Gununsesi.info