Mövlam Şıxəliyevin məhkəməsi niyə gizli keçirilir? - JURNALİSTLƏR AKSİYA KEÇİRİB

  • By admin
  • 17 Noyabr 2021 23:38

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin və onunla birgə mühakimə olunan nazirliyin digər vəzifəli şəxslərinin məhkəməsi qapalı keçirilir.

Bir neçə zamandır ki, davam edən prosesə media nümayəndələri buraxılmır.

Maraqlıdır ki, bu qanunsuzluğu məhkəmə köllegiyası edir və çağrışkara məhəl qoymur.

Gununsesi.info bildirir ki, sonuncu məhkəmədə prosesə buraxılmayan media nümayəndələri Bakı Hərbi Məhkəməsinin önündə etiraz aksiyası keçirib.

Müxtəlif şüarların yazıldığı plakatları qaldıran media mənsubları fəaliyyətlərinə imkan yaradılmasını tələb edib.

Gununsesi.info