MTN cinayətlərində Baş Prokurorluğun məsuliyyəti niyə müəyyən olunmadı? - VİDEO

  • By admin
  • 22 Sentyabr 2022 16:23

Xəbər verdiyimiz kimi, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev və onun tabveçiliyində çalışan bir qrup şəxslə bağlı Bakı Hərbi Məhkəməsi azadlıqdan məhrumetmə hökmü çıxarıldı.

Qeyd edək ki, bu işlə bağlı məhkəmə prosesində mühakimə olunan MTN vəzifəliləri sabiq Baş Prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovun məsuliyyəti məsələsini gündəmə gətirib.

Törətdikləri bütün cinayətləri Baş Prokurorluğun rəhbərliyinin göstərişi ilə həyata keçirdiklərini bəyan edən həmin şəxslər məhkəmədən onların da məsuliyyətə alınmasını tələb edib.

Xatırladaq ki, hələ beş il əvvəl “MTN  İşi” ibtibadi istintaqda olarkən, Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimli  baş prokuror Zakir Qaralovdan bu barədə soruşmuşdu.

Pərviz Həşimli Zakir Qaralova sualında Baş Prokurorluğun MTN qanunsuzluqlarında məsuliyyəti məsələsini gündəmə gətirib.

Həmin sual-cavabı təqdim edirik.

 

Gununsesi.info