NATO baş katibinin nümayəndəsi Azərbaycana gəlib - FOTO

  • By admin
  • 26 May 2023 14:10

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfərə gəlib.

Bu barədə o, özünün “Twitter” hesabında bildirib.

X.Kolomina Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Tərəflər ikitərəfli əməkdaşlığı, Azərbaycanın enerji təhlükəsizliyində rolu, həmçinin Ermənistanla normallaşma əlaqələrini müzakirə ediblər.

Gununsesi.info