Navalnı ilə bağlı qətnamə qəbul edildi

  • By admin
  • 17 Sentyabr 2020 18:03

Avropa Parlamentinin deputatları müxalifət lideri Aleksey Navalnının vəziyyəti ilə əlaqədar Rusiyanın beynəlxalq təcridinin davam etdirilməsini istəyirlər.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Parlamentnin müvafiq qətnaməsində qeyd olunub.

Məlumata görə, 532 deputat Navalnı ilə bağlı qətnamənin lehinə, 84 nəfər əleyhinə səs verib, 72 parlamentari isə bitərəf qalıb.

Deputatlar Avropa İttifaqı, BMT, Avropa Şurasının iştirakı ilə Navalnı ətrafında vəziyyətin dərhal beynəlxalq müstəvidə araşdırılmasını tələb ediblər.

Gununsesi.info