Naxçıvanda 20 Yanvar şəhidləri anılıb - FOTOLAR

  • By admin
  • 20 Yanvar 2023 12:39

Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da 20 Yanvar şəhidlərinin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Gununsesi.info xəbər verir ki, dövlət bayraqları yarıyadək endirilib, sərnişinlərin, nəqliyyatın hərəkəti bir dəqiqəlik dayandırılıb.

Qanlı Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını və Vətən müharibəsində şəhid olan qəhrəmanların məzarını ziyarət edən insanlar şəhidlərin xatirəsini ehtiramla anır, məzarları üzərinə tər güllər düzürlər.

Gununsesi.info