Naxçıvanda Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplanır - FOTOLAR

  • By admin
  • 07 Fevral 2023 14:12

Naxçıvan Muxtar Respublikasında Türkiyədə güclü zəlzələdən zərərçəkənlərə yardım toplanır.

Gununsesi.info xəbər verir ki, insanlar zəlzələ bölgəsinə isti geyim, çadır, yataq, qızdırıcı avadanlıqlar və azyaşlı uşaqlar üçün lazım olan əşyalar göndərirlər.

Qeyd edək ki, Türkiyənin Naxçıvandakı Baş konsulluğu zəlzələdən zərərçəkmiş insanlara yardım məqsədi ilə muxtar respublika sakinlərinə müraciət ünvanlayıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 432 nəfər ölüb, 21 103 nəfər yaralanıb. 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.