Nazir: “İctimai işlər təklif olunanların heç bir faizi bununla razılaşmır”

  • By admin
  • 07 Avqust 2020 12:32

“190 manatdan imtina alan və şikayət edən kifayət qədər insan var”.

Gununsesi.info-nun məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, son üç ayda 20 minə yaxın şəxs 190 manatın onlara da verilməsi ilə bağlı yenidən müraciət edir.

“Biz onlara ictimai işləri təklif etdik. Lakin bunların heç 1 faizi bununla razılaşmır”.

Gununsesi.info