Nazir məktəblərdə pul yığılması hallarına münasibət bildirib

  • Müəllif: Firuzə
  • 27 Sentyabr 2025 16:28

“Orta məktəblərdə pul yığılması halları var. Bütün hallarla bağlı araşdırmalar aparılıb və müvafiq tədbirlər görülüb”.

Gununsesi.info  APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Bizim yanaşmamız ondan ibarətdir ki, bu məsələ həm medianın, həm də ictimaiyyətin diqqətində olmalıdır”, – nazir bildirib.

O əlavə edib ki, Azərbaycanda 4 400 məktəb, 1 600 bağça fəaliyyət göstərir.

 

Gununsesi.info