Netanyahu hökumətindən ağlasığmaz addım: Parlamentə Ali Məhkəmə qərarını ləğv etmək səlahiyyəti verilir - YÜZ MİNLƏRLƏ İNSAN KÜÇƏLƏR AXIŞDI

  • By admin
  • 15 Yanvar 2023 20:18

İsraildə fəaliyyətə  başlayan yeni sağçı hökumətin ədliyyə sistemində planlaşdırdığı dəyişikliklərə qarşı Təl-Əvivdə 100  minə yaxın  insan küçələrə çıxmasına səbəb olub. 

Gununsesi.info-nun İsrail mediasına istinadən verdiyi xəbərə görə, baş nazir Benyamin Netanyahu tərəfindən dəstəklənən qanun layihəsi Ali Məhkəmənin qərarlarının Parlament tərəfindən sadə səs çoxluğu ilə ləğv edilməsinə icazə verir.

Beləliklə, hökumətlərin Ali Məhkəmə tərəfindən ləğv olunacağından narahat olmadan qanunlar qəbul edə bilməsi hədəflənir.

İddia olunur ki, İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşmalara qarşı Ali Məhkəmə qərarlarını ləğv etmək üçün də istifadə oluna bilmə ehtimalı var.

Etirazçıların fikrincə, bu qanun layihəsi demokratiyaya hücumdur.

Bu qanunla məhkəmələrin müstəqilliyinin azalacağı, məhkəmələrə inamın azalacağı, azlıqların hüquqlarının aşağı düşəcəyi, korrupsiyanın artacağı qorxuludur.

Hökumət bundan bu məqsədlə istifadə edilməyəcəyini desə də, etirazçılar da qanunun Netanyahunun davam edən korrupsiya məhkəməsinə son qoymaq üçün istifadə oluna biləcəyini deyirlər.

Qanuna qarşı çıxanlar arasında Ali Məhkəmənin sədri Ester Hayat və ölkənin baş prokuroru da var.

Qanun qəbul olunarsa, hakimlərin təyinatında deputatların təsiri artacaq, təyinat komissiyalarının əksəriyyətini hökumət üzvləri təşkil edəcək.

Təl-Əvivdə keçirilən nümayişlər zamanı şəhərin əsas arteriyalarından biri olan Ayalon şossesində nəqliyyatın hərəkətini kəsməyə çalışan polislə etirazçılar arasında toqquşma baş verib.

Tel Aviv’de polis ve protestocuların karşı karşıya geldiği anlar

 

Tərcümə:

Pərviz