Tofiq Yaqublu qızının israrından sonra su qəbul edib

  • By admin
  • 15 Yanvar 2023 20:27

Bu gün axşam saatlarında həkim Adil Qeybulla və  Nigar Həzi hazırda Əjdər Məlikov adına 6 saylı xəstəxanada olan Tofiq Yaqubluyla görüşüblər.

Bu barədə Gununsesi.info-ya Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib.

Onun sözlərinə görə, bir neçə cəhddən sonra, nəhayət ki, o atası ilə görüşə bilib:

“Həkim bizə deyirdi ki, aclığın bu qədər uzanması, xüsusiylə atamın quru aclığa keçməsi Tofiq Yaqublunun səhhətində çox ciddi problemə gətirib çıxaracaq. Elə fəsadlar ola bilər ki, azadlığa çıxanda belə biz onu bərpa edə bilmərik. Nəhayət ki, atamı gördüm, düzdür, əvvəlki kimi görmədim, çünki çox arıqlayıb, çox zəifləyib. Bənizi solub, saralıb, amma məni gördü və çox sevindi. Mənim israrlarımdan sonra atam su qəbul etdi”.

Bununla belə Nigar Həzi deyib ki, vəkil Nemət Kərimlini xəstəxanaya buraxmayıblar.

 

Mətləb Yaqublu

Gununsesi.info