“Əgər Azərbaycan israrla Dağlıq Qarabağın onun bir hissəsi olduğunu deyirsə və onlar həqiqətən də düşünürsə ki, qarabağlılar və azərbaycanlılar birlikdə yaşaya bilərlər, belə çıxır ki, onlar öz şəhərlərini məhv edirlər”.
Gununsesi.info bildirir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan Rusiya KİV-lərinə müsahibəsində deyib.
Müharbə barədə danışan baş nazir əlavə edib:
“Gəlin, İlham Əliyevin bu fikrinin məntiqi ardıcıllığına baxaq. O düşünür ki, Stepanakerdi bombalayacaq, bundan sonra isə qarabağlılar Azərbaycanın tərkib hissəsində yaşayacaqlar? Bu bir daha sübut edir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz və ola bilməyəcək də. Bu artıq istisna haldır. 100%. Bu isə Azərbaycanın hərəkətləri ilə sübut edilir”.
Günay
Gununsesi.info