Obama sosial şəbəkədə telefonunun nömrəsini paylaşdı

  • By admin
  • 23 Sentyabr 2020 22:21

ABŞ-ın keçmiş prezidenti Barak Obama “Twitter”dəki hesabında telefon nömrəsini qeyd edərək, amerikalılardan ona prezident seçkiləri ilə bağlı planlarına dair SMS mesajlar göndərməyi xahiş edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi bildirib.

“Yeni nəyi isə yoxlayaq. Əgər siz Birləşmiş Ştatlardasınızsa, mənim 773-365-9687 nömrəli telefonuma mesajını göndərin”, – sabiq prezidentin paylaşımında deyilir.

Siyasətçi amerikalılardan işlərinin necə olduğunu, nə haqqında düşündüklərini və bu il kimə səs verməyi planlaşdırdıqları barədə danışmağı xahiş edib.

Sabiq prezident qeyd edib ki, o vaxtaşırı “insanlarla əlaqədə olacaq”. Obama qarşıdakı səsvermə haqqında öz fikirlərini bölüşəcəyini söz verib.

ABŞ-da prezident seçkilərinin keçiriməsi noyabrın 3-ə planlaşdırılır, bir sıra ştatlarda artıq vaxtından əvvəl səsvermə başlayıb. Hazırkı dövlət başçısı Donald Tramp ikinci müddətə prezidentliyə namizəddir. O, demokratların namizədi Co Baydenlə mübarizə aparacaq.

Gununsesi.info