“Öhdəliklərimizdən əl çəkmirik”: Britaniya Trampın siyasətləri üçün müxtəlif ssenariləri nəzərdən keçirir

ABŞ – ın yeni seçilmiş Prezidenti Donald Trampın Ukrayna ilə bağlı siyasətinin nə olacağı məlum deyil. Lakin Böyük Britaniya müxtəlif ssenarilərə hazırlaşır və öz öhdəliklərindən imtina etməyi planlaşdırmır.

Gununsesi.info xəbər verir ki, bu barədə Sky xəbərlərinin efirində Böyük Britaniyanın maliyyə naziri Darren Cons bildirib.

O, qeyd edib ki, ölkəsinin hökuməti daha güclü mövqe tutmaq üçün müxtəlif variantları da nəzərdən keçirir.

Cons bildirib ki, Böyük Britaniya müharibədə Ukraynaya dəstək vermək öhdəliyindən əl çəkməyəcək. O qeyd edib ki, buna Trampın Siyasəti və seçkilərdəki qələbəsi təsir etməyəcək: “Ukrayna müharibədən əvvəlki sərhədləri daxilində ərazi bütövluyünü bərpa etməlidir.Trampın gəlişi bizi mövqeyimizdən geri çəkə bilməz. Biz Krımın qaytarılması məsələsində israrımızı davam etdirəcəyik. Buna görə də biz onlara ildə 3 milyard funt sterlinq təklif edirik ki, bu da İngiltərədəki maliyyə kontekstində bizim üçün çətin, lakin düzgün qərardır”.

O, həmçinin əlavə edib ki, hazırda Böyük Britaniya hökuməti ABŞ-ın gələcək siyasəti ilə bağlı bir çox müxtəlif ssenariləri nəzərdən keçirir və planlaşdırır: London Ukraynaya dəstəyini davam etdirmək üçün mümkün qədər güclü mövqe tutmaq istəyir”.

Cons həmçinin bildirib ki, Britaniya Rusiyaya istənilən ərazi güzəştinə qəti şəkildə qarşıdır.

 

Şəbnəm

Gununsesi.info