Pakistanlı nazirlər Bakıda səfərdədirlər

  • By admin
  • 20 Fevral 2023 12:47

Pakistandan olan nazirlərdən ibarət nümayəndə heyəti Azərbaycana gəlib.

Gununsesi.info xəbər verir ki, iki günlük səfər çərçivəsində İnvestisiyalar üzrə Şuranın federal naziri Çaudri Salik Hüseyn, neft naziri Musadiq Məsud Malik və federal sənaye və istehsal naziri Seyid Murtaza Mahmud Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi planlaşdırılır.

Xatırladaq ki, ötən il Azərbaycan və Pakistan diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edib.

Gununsesi.info