Partlayışda xəsarət alan əcnəbilərin durumu AĞIRDIR

  • By admin
  • 31 Yanvar 2023 11:59

Bakının Sabunçu qəsəbəsində yerləşən evdə baş verən partlayış nəticəsində xəsarət alan Pakistan vətəndaşları Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə qəbul olunublar.

TƏBİB-dən bildirilib ki, hadisə zamanı bədən xəsarəti alan 4 nəfərin vəziyyəti orta ağırdır.

Yaralılar üz, boyun, əl və ayaqlarında ikinci və üçüncü dərəcəli termiki yanıq diaqnozu ilə Mərkəzin Reanimasiya şöbəsində müalicə alırlar.

Gununsesi.info