Paşinyan Baydenin “Demokratiya sammiti”ndə Azərbaycana böhtan atdı

  • By admin
  • 30 Mart 2023 10:53

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Jozef Baydenin təşəbbüsü ilə bir sıra ölkələrin rəhbərlərinin də qatıldğı “Demokratiya sammiti” öz işinə başlayıb.

Bu sammitə dəvət alan Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan haqqında tənqidi çıxış edib.

Paşinyanın çıxışında Azərbaycana böhtan xarakterli məqamlar da olub.

Gununsesi.info-nun xəbərinə görə, Paşinyan çıxışına “Mən sülh naminə, azadlıq naminə, səadət naminə demokratiyanın gücünə inanıram” deyə başlayıb.

O, özünün 3.5 dəqiqəlik çıxışının böyük bir hissəsini Laçın dəhlizinin blokadasına, Qarabağ və Ermənistanın təhlükəsizliyinə həsr edib.

Paşinyan bildirib ki, Azərbaycan 2022-ci ilin sentyabrında Ermənistanın suveren ərazisinə müdaxilə edib:

“Biz sentyabrda demokratiyaların həmrəyliyini və Ermənistana qarşı təcavüzün aydın pislənməsini hiss etdik”.

İnsan haqlarının pozulmasından danışan Paşinyan soyqırım və etnik təmizləmənin təhlükəsini və bunların önlənməsi zərurətini vurğulayıb:

“Bugün Dağlıq Qarabağda ermənilərlə bağlı baş verənlər, Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadası və bunun nəticəsində yaranmış humanitar böhran, sözsüz ki, Dağlıq Qarabağın ermənilərdən etnik təmizlənməsi cəhdidir. Və biz buna göz yuma bilmərik. Eyni zamanda təkrar edirəm ki, Ermənistan Azərbaycanla sülh prosesinə sadiq qalır. Biz əminik ki, regionun dinc inkişafının alternativi yoxdur və demokratik dəyərlərə sadiqliyimiz bizə sülhün yolunu tapmaqda kömək edəcək”.

 

Pərviz Həşimli

Gununsesi.info