Paşinyanın əleyhdarları özlərini hökumət binasının qapısına qandalladılar

  • By admin
  • 22 Aprel 2021 11:53

Ermənistanın baş naziri Nikol Paşinyana etiraz edən iki nəfər özlərini Yerevandakı hökumət binasının qapılarına qandallayıblar.

Etirazçılardan biri “Azataqrum” (“Azadlıq”) hərəkatını təmsil etdiyini və bu hərəkatın Nikol Paşinyana qarşı çıxdığını deyib.

“Onun dərhal istefasını tələb edirik, onun hökumət binasına girməsini istəmirik”, – etirazçı deyib.

Polis etirazçıları saxlayıb.

Bu gün Nazirlər Kabinetinin binasında hökumət iclası keçiriləcək. Binanın qarşısına polis qüvvələri göndərilib.