Peskov: “Tramp istəsə, Rusiyaya gələ bilər”

  • By Günel
  • 16 Fevral 2025 14:30

Rusiya lideri Vladimir Putindən dəvət alan ABŞ Prezidenti Donald Tramp istədiyi vaxt Moskvaya gələ bilər.

Gununsesi.info bildirir ki, Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov VGTRK-nın jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib.

O, müvafiq suala cavabında “Əlbəttə”, deyib.

Xatırladaq ki, fevralın 12-də Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı Donald Trampı Moskvaya səfərə dəvət edib.

Gununsesi.info