Ucarda ağır yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb

  • By Günel
  • 16 Fevral 2025 14:18

Fevralın 16-da saat 03:00 radələrində Bakı-Qazax magistralının Ucar rayonu ərazisində baş verən yol qəzasında 22 nəfər xəsarət alıb və Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə Gununssi.info -ya TƏBİB-dən bildirilib.

Yaralılar müxtəlif dərəcəli sınıqlar, daxili orqan əzilmələri və travmalar alıblar. Onların 14-ü kişi, 8-i qadındır.

Xəsarət alanlardan 11 nəfəri Bərdə, 5 nəfəri Mingəçevir, 1 nəfəri Gəncə, 1 nəfəri Şabran, 2 nəfəri Yevlax, 1 nəfəri Qax, 1 nəfəri isə Zaqatala sakinidir.

Hazırda 7 nəfərin müalicəsi xəstəxanada davam edir, qalan 15 nəfərin 6 – sı Təcili Yardım şöbəsində müşahidə altındadır, qalanları isə ambulator müalicə üçün evə buraxılıb.

Gununsesi.info