Polis Bakıda genişmiqyaslı əməliyyat keçirdi – 23 narkotacir saxlanıldı

  • By admin
  • 26 İyul 2021 16:59

Bakı şəhərində polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, əməliyyatlar paytaxtın Xəzər, Nəsimi və Binəqədi rayonlarında baş tutub.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində, eləcə də, paytaxtın digər rayonlarında psixotrop maddə olan “patı”, “şüşə” adlanan metamfetamin, həmçinin narkotik vasitə olan heroinin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar həyata keçirilib. Əvvəlcə Mərdəkan qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Qəmbər Əliyev, qardaşları İmamverdi və Əliqəmə saxlanılıblar. Onların qəsəbə ərazisindəki evlərinin həyətinə baxış zamanı çəkisi 27 kiloqram olan 35 ədəd çətənə kolu, evdən isə 5 qram marixuana, 29 qram heroin, 9 qram metamfetamin və metadon həbləri aşkar edilib. Qəmbər Əliyev ifadəsində qardaşları ilə birgə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər tədbirlər zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Emil Heydərov və onun şəbəkəsinə daxil olan 12 nəfər şəxs saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Emil Heydərov müxtəlif yollarla əldə etdiyi narkotik vasitlərin Xəzər rayonu ərazisində bu şəxslərin köməkliyi ilə satışını təşkil edib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun “Kubinka”, “Şamaxinka” ,“Papanin” və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha 6 nəfər tutulub.

Belə ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Əflatun Qəmbərov, Qurban Həsənov, Asif Məmmədli, Roman Həsənov, Tural Qarayev və Zeynal Rufullayev tutularaq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı külli miqdarda hazır bükümlərdə satış üçün nəzərdə tutulan heroin, psixotrop maddə olan metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Onlar izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə Binəqədi qəsəbəsində psixotrop maddələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum olunmuş Ramil Quliyev saxlanılıb. Onun üzərinə və qəsəbə ərazisində yerləşən evinə baxış zamanı 1 kiloqranm 240 qram metamfetamin, 6 qram heroin və tiryək aşkar olunaraq götürülüb. Araşdırma zamanı onun Binəqədi rayonu və ətraf ərazilərdən müxtəlif vaxtlarda 20-yə yaxın ayrı-ayrı evlərdən oğurluqlar etdiyi də məlum olub. Ramil Quliyevin yaşadığı evə baxış zamanı oğurluq yolla əldə etdiyi məişət əşyaları da aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Xəzər, Nəsimi və Binəqədi Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bakıda genişmiqyaslı əməliyyat: 23 narkotacir saxlanıldı (FOTO/VİDEO) - Gallery Image Bakıda genişmiqyaslı əməliyyat: 23 narkotacir saxlanıldı (FOTO/VİDEO) - Gallery Image Bakıda genişmiqyaslı əməliyyat: 23 narkotacir saxlanıldı (FOTO/VİDEO) - Gallery Image Bakıda genişmiqyaslı əməliyyat: 23 narkotacir saxlanıldı (FOTO/VİDEO) - Gallery Image Bakıda genişmiqyaslı əməliyyat: 23 narkotacir saxlanıldı (FOTO/VİDEO) - Gallery Image Bakıda genişmiqyaslı əməliyyat: 23 narkotacir saxlanıldı (FOTO/VİDEO) - Gallery Image Bakıda genişmiqyaslı əməliyyat: 23 narkotacir saxlanıldı (FOTO/VİDEO) - Gallery Image Bakıda genişmiqyaslı əməliyyat: 23 narkotacir saxlanıldı (FOTO/VİDEO) - Gallery Image