Politoloq: Şuşa, Kəlbəcər və Laçını istehkama çevirməliyik ki…

  • By admin
  • 14 İyun 2021 15:38

 

Nikol Paşinyana müxalif olanlar geri qayıdan 15 ermənidən çox “minalanmış xəritələri Azərbaycana təhvil vermək olmazdı” deməyə başlayıblar. Yəni bu qatillərin fikrincə, həmin minalarda mülki vətəndaşlar bundan sonra da həlak olmalıydılar. Onların məntiqinə görə, azərbaycanlılar həmin minalarda partlayaraq ölməli və bununla azərbaycanlıların Qarabağa köçü gecikməli idi. Erməni qatillər Paşinyanı həm də ona görə ittiham edirlər ki, bəs Azərbaycan minaların təmizlənməsinə vaxt və xeyli maliyyə xərcləyəcəkdi.

Gununsesi.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, erməni müxaliflərdən biri Ağdam minalardan təmizlənəndən sonra Qarabağın erməniləri üçün başlıca təhlükəyə çevriləcəyini deyib:

“Bunda haqlıdırlar. Erməni separatizminin başladığı 1980-ci illərin sonunda Ağdam onların qorxulu röyası idi. Ağdam satqınlıq nəticəsində işğal olunmasaydı, erməni separatizminin sonunu daha əvvəl gətirəcəkdi. Ağdamı yenidən istehkama çevirməliyik. Ağdama 100 min insanımızı köçürməklə yanaşı hərbi kazarmaların sayı da çox olmalıdır. Ağdamla yanaşı Qarabağın hər yerini, o cümlədən strateji Şuşa, Kəlbəcər və Laçını istehkama çevirməliyik ki, vətəndaşlarımızın bu bölgələrdə rahat və təhlükəsiz həyatları təmin olunsun”.