Poroşenkonun vəziyyəti ağırlaşıb

  • By admin
  • 07 Oktyabr 2020 14:42

Koronavirusa yoluxan Ukraynanın keçmiş Prezidenti Petro Poroşenkonun vəziyyəti qanın qatılaşması səbəbindən ağırlaşıb.

Gununsesi.info xəbər verir ki, bu barədə eks-Prezidentin xanımı Marina Poroşenko açıqlama verib. O bildirib ki, həkimlər onun səhhətini izləmək üçün lazımi analizləri ala bilmirlər.

“Vəziyyəti daha da pisləşib, ağciyərlərində ikitərəfli sətəlcəm var, hazırda xəstəxanadadır, kompleks müalicə alır. Qanı qatılaşıb, hətta bu səbəbdən həkimlər onun sağlamlıq vəziyyətini nəzarətdə saxlamaq və xəstəliyin necə irəlilədiyini izləmək üçün analizlər ala bilmirlər”,-deyə M. Poroşenko bildirib.

Xatırladaq ki, sentyabrın 29-u P. Poroşenkonun koronavirusa yoluxduğu açıqlanmışdı.

 

 

Gununsesi.info