Prezidentin xüsusi nümayəndəsi: “Ağdamda suyun təkrar emalı təcrübəsi tətbiq oluna bilər”

  • By admin
  • 16 Fevral 2023 14:13

Ağdamda su təkrar emal edilərək suvarmada geniş istifadə oluna bilər.

Gununsesi.info xəbər verir ki, bunu Şəhərsalma Məsələləri üzrə İşçi Qrupunun Ağdamda keçirilən iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

“Dünyada bu təcrübə geniş tətbiq olunur. Ağdamda böyük meşə massivi var, biz suyu təkrar emal edərək suvarmada istifadə edə bilərik”, – deyə o qeyd edib.

Gununsesi.info