“Prius” ağır qəza törətdi, 9 yaşlı uşaq öldü

  • By admin
  • 26 May 2023 10:07

Dünən Abşeron rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Ruslan Kotusenko idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Hökməli-Qobu yolunda hərəkətdə olarkən qəza törədib.

Avtomobil idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə avtomobildə sərnişin olan 2014-cü il təvəllüdlü Allahverdi Fətullayev ağır xəsarətlər alıb. O, Akademik Mirqasımov adına Respublika xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Gununsesi.info