Professor: “Azərbaycanda meymunçiçəyi yoxdur, amma...”

  • By admin
  • 30 İyun 2022 12:09

Azərbaycanda meymunçiçəyinin olub-olmamasını birmənalı demək çətindir. Hər halda hələki bu barədə rəsmi qeydiyyat və rəsmi məlumat yoxdur. Amma qonşu ölkələrdə varsa, bu, o deməkdir ki, təhlükə çox yaxındır. Odur ki, müəyyən hazırlıq işlərini görmək lazımdır.

Gununsesi info xəbər verir ki, bu sözləri professor Adil Qeybulla deyib. Həkim bildirib ki, bunun profilaktikası və əhalinin maarifləndirilməsi istiqamətində işlər aparılmalıdır.

“Təəssüf ki, hazırlıq və profilaktika işlərinin görünən əlamətləri yoxdur. Koronavirus pandemiyasının son günlər dünyada artan dinamikasını nəzərə alsaq, təbii ki, ikiqat diqqətli olmalıyıq. Hələ karantin və koronavirus pandemiyası bitməyib, paralel olaraq meymunçiçəyinin gəlməsi və yayılması ciddi narahatçılıq yaradacaq”.

Gununsesi.info