Putin: “Ərdoğan kişi adamdır, ölkəsinin maraqlarına uyğun siyasət yürüdür”

  • By admin
  • 17 Dekabr 2020 16:01

Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən illik mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barədə fikirlərini bölüşüb.

Gununsesi.org xəbər verir ki, Putin Türkiyə Prezidentini sözünün üstündə duran və ölkəsinin maraqlarını sona qədər qoruyan bir şəxs kimi qiymətləndirib.

“Ərdoğanla tez-tez fikir ayrılıqlarımız olur. Ancaq o, sözünün üstündə duran bir insandır, kişi adamdır, quyruq bulamır. Ərdoğan özünü kişi kimi aparır və sözünə sadiqdir. Ölkəsinin maraqlarına uyğun hesab etdiyi məsələlərin sonuna qədər gedir”, – deyə Putin qeyd edib.

 

Gununsesi.org