Putin dünya ölkələrini bir-birinə qarşı kiberhücumdan imtina etməyə çağırıb

  • By admin
  • 25 Sentyabr 2020 15:09

Rusiya Prezidenti Vladimir Putin dünya ölkələrinə bir-birinə qarşı kiberhücumdan imtina etmək barədə qlobal razılığa gəlmək təklifini irəli sürüb.

Gununsesi.info-nun Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin beynəlxalq informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıqla bağlı Rusiya-ABŞ əməkdaşlığı haqqında bəyanatında qeyd olunub.

“ABŞ da daxil olmaqla, bütün ölkələrə müraciət edərək bir-birinə qarşı informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə dövlətlərin birinci zərbə endirməsi ilə bağlı siyasi öhdəlik qəbul etməsi haqqında qlobal razılığa gəlməyi təklif edirəm”, – deyə bəyanatda bildirilib.

 

 

Gununsesi.info