Putin onu tənqid edən məktəblinin atasını həbs etdirir

Ötən ilin aprelində Rusiyanın Tula vilayətindəki məktəblərdən birində rəsm dərsi keçirilibmiş. Bu zaman altıncı sinif şagirdi Maşa Moskalyova Ukrayna bayrağının qarşısında dayanaraq uşağını Rusiyadan gələn raketlərdən qoruyan qadın şəklini çəkib. Bundan sonra məktəbin direktoru polisə xəbərçilik edib. Sonrakı gün uşağı atası ilə birgə bölməyə aparıblar. Tənha ata olan Aleksey Moskalyov cinayət məsuliyyətinə cəlb edilib, qızı uşaq evinə göndərilib. Dünən dövlət ittihamçısı məhkəmədə Moskalyovun iki il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Prokror həmçinin Moskalevin internetdən istifadəsinə 3 il qadağa qoyulmasını və ev dustaqlığı şərtlərini dəfələrlə pozduğu üçün həmin şəxsin istintaq təcridxanasına göndərilməsini istəyib. Hakim yalnız bir qanun pozuntusunu oxuyub və təqsirləndirilən şəxsi ev dustaqlığı ilə həbs etdirib.

 

Gununsesi.info