Putinlə Cinpinin görüşü başladı

Moskvada səfərdə olan Çin sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar üçün Kremlə gəlib.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, Cinpinin rəsmi qarşılanma mərasimindən sonra liderlər arasında görüş başlayıb.

Danışıqlar bağlı qapılar arxasında aparılır.

Xatırladaq ki, martın 20-si Kremldə Cinpin və Putin arasında qeyri-rəsim görüş keçirilib. Sözügedən görüş 5 saata yaxın davam edib.

 

Gununsesi.info