Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

  • Müəllif: Firuzə
  • 10 Fevral 2026 11:33

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Gununsesi.info xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Fevralın 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 23 tüfəng, 1 patron darağı və 55 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Gununsesi.info