Qarabağ bir gün belə Azərbaycanın tərkibində olmayıb: “Caliber”in təhlili - VİDEO

  • By admin
  • 10 Fevral 2023 14:09

Ötən ilin oktyabrında Praqada Azərbaycan, Aİ, Ermənistan və Fransa rəhbərləri tərəfindən dördtərəfli bəyanat imzalandıqdan sonra, Ermənistan dairələrində həm Dövlət Fövqəladə Hallar Komitəsinin uğursuz çıxışından dərhal sonra keçmiş DQMV-nin birtərəfli qaydada müstəqillik elan etməsinin, həm də həmin ilin dekabrın 10-da keçirilən qondarma referendumun qanuniliyi ilə bağlı müzakirələr yenidən gücləndi.

Erməni rəvayətinin mahiyyətini iki cümlə ilə ifadə etsək, təqribən belə səslənəcək: guya, “Dağlıq Qarabağ” “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanununun müddəalarına uyğun olaraq Azərbaycandan çıxdı və Almatı müqaviləsi imzalananda o, guya Azərbaycanın tərkibində deyildi, bu səbəbdən “Dağlıq Qarabağ” bir gün belə müstəqil Azərbaycanın tərkibində olmayıb…

Dərhal ritorik sual yaranır: əgər “Dağlıq Qarabağ” Ermənistan tərəfinin iddia etdiyi kimi, qanuna uyğun olaraq Azərbaycan SSR-dən çıxıbsa, onda onun nümayəndə heyəti niyə Almatıda olmayıb və orada ümumiyyətlə heç bir formada təmsil olunmayıb?..

Ətraflı “Caliber” “YouTube” layihəsinin növbəti süjetində:

Gununsesi.info