“Qarabağ erməniləri soyqırıma məruz qalacaqlar…” -Paşinyandan məkrli bəyanat

  • By admin
  • 31 Mart 2022 15:01
“Azərbaycan Qarabağ “müdafiə ordusu”nun hissələrinin çıxarılmasını tələb etməklə özü ilə ziddiyyət təşkil edir”.
Gununsesi.info xəbər verir ki, “SputnikArmeniya”nın yazdığına görə, bu kimi sərsəm fikirləri baş nazir Nikol Paşinyan Ermənistan hökumətinin iclasında deyib.
O xatırladıb ki, 2021-ci il noyabrın 26-da Rusiya prezidentinin vasitəçiliyi ilə keçirilən müşavirədə Azərbaycan prezidenti açıq şəkildə bəyan edib ki, kommunikasiyaların açılması istisna olmaqla 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün müddəaları yerinə yetirilib. İndi Bakı Qarabağın “müdafiə ordusu”nun çıxarılmasını tələb edir.
“Qeyd edirəm ki, bizim nöqteyi-nəzərimizdən hərbi əsirlərin, girovların və zorla saxlanılan digər şəxslərin qaytarılması məsələsi də birmənalı həllini tapmayıb. Biz bu istiqamətdə işlərimizi davam etdiririk”, – deyə o bildirib.
Bütün bunlar, o cümlədən Əliyevin özünün əvvəlki bəyanatları göstərir ki, Ermənistan ordusunun çıxarılması tələbi məqsədlidir”- Paşinyan əlavə edib.
“”Müdafiə ordusu”nun Qarabağdan çıxarılması ermənilərin çıxarılması demək olacaq və Azərbaycan məhz bu məqsədləri güdür”, – Ermənistanın baş naziri əlavə edib.
“Son hadisələr göstərib ki, Qarabağ ermənilərinin müdafiəyə ehtiyacı var, əks halda onlar soyqırıma məruz qalacaqlar” – Paşinyan bildirib.
O xatırladıb ki, əvvəllər Ermənistan tərəfi təmas xəttinin, eləcə də tərəflərin onu keçməmək, onun perimetrindən hərbi mövqeləri çıxarmaq və silahsızlaşdırılmış zona yaratmaq öhdəliklərini müəyyənləşdirməyi təklif edib. Bu təklif qəbul edilməyib…
Sultan Laçın
Gununsesi.info